“Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirdi

Türkiyənin reaktiv pilotsuz qırıcısı “Bayraktar Kızılelma” ikinci yoxlama uçuşunu uğurla həyata keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin rəhbəri Səlcuq Bayraktar yanvarın 23-də özünün tviter səhifəsində məlumat verib.

Qeyd edək ki, “Bayraktar Kızılelma” ilk dəfə avqustda Samsunda keçirilən “Teknofest-2022” festivalında nümayiş olunub.
İlk sınaq uçuşu isə ötən il dekabrın əvvəlində olub.