!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bayraktar TB2”dən yeni REKORD: 400 min saat uçuş həyata keçirdi - FOTO / VİDEO

!Reklam – Yazi

Türkiyənin milli istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 400 min saat uçuş həyata keçirib.

Bu barədə Yenicag.az-a Türkiyənin “Baykar” şirkətindən məlumat verilib.

Bildirilib ki, SİHA bir kolometr yolu daha qət edərək türk aviasiya tarixində ilkə imza atıb. Belə ki, “Bayraktar TB2” 400 min uçuş saatını tamamlayan ilk milli aviasiya vasitəsi olub.

Qeyd edək ki, Türkiyənin dünyaya ixrac etdiyi ilk SİHA sistemi olan “Bayraktar TB2” dünyada maraqla izlənilir. Sözügedən SİHA-ların ixrac edilməsi üçün anlaşma imzalanan ölkələrin sayı isə artıq 13-ə çatıb.

Türkiyə, Ukrayna, Qətər, Azərbaycan və digər ölkələrdə ümumilikdə 257 “Bayraktar TB2” vəzifələrin icrasını davam etdirir.

SİHA-lardan Türkiyədə baş verən təbii fəlakətlər – zəlzələ, meşə yanğını və ölkə kənarında təşkil edilən hərbi əməliyyatlar zamanı geniş istifadə edilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində də “Bayraktar TB2” önəmli rol oynayıb.

www.yenicag.az

801
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv