“Bayraktar TB3” 13-cü sınaq uçuşunu uğurla tamamladı – VİDEO

“Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) 32 saat havada qalaraq 13-cü sınaq uçuşunu uğurla tamamlayıb.

Bu barədə Yenicag.az-ın Türkiyə bürosuna “BAYKAR” şirkətinin İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Bildirilib ki, 13-cü sınaq uçuşu çərçivəsində “Bayraktar TB3” 32 saatlıq uçuşu zamanı səmada 5700 km-dən artıq məsafə qət edib.