“Bayraktar” terrorçuları belə vurdu – VİDEO

İraqın şimalındakı Pəncə-Kilit bölgəsində “Bayraktar” TB 2 pilotsuz uçuş aparatının (PUA) hava zərbələri nəticəsində 2 PKK terrorçusu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.

Qeyd olunub ki, Türkiyə Silahlı Qüvvələri son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları qətiyyətlə davam etdirəcək.