Bayram ərəfəsində yol qəzalarında ölənlərin sayı açıqlandı

Ötən gün Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyunun 27-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.