Bayram günləri yol qəzalarında 15 nəfər ölüb

Bayram günlərində Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, dekabrın 30-dan yanvarın 4-dək ölkənin avtomobil yollarında 30 yol-nəqliyyat hadisəsi baş verib.

Bildirilib ki, yol qəzaları nəticəsində 15 nəfər ölüb, 33 nəfər xəsarət alıb.