Bayram günlərində vaksinasiya məntəqələri fəaliyyət göstərəcək?

Novruz bayramı ərəfəsində vaksinasiya məntəqələri fəaliyyətini davam etdirəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əhalinin davamlı olaraq vaksinasiyasını təmin etmək üçün peyvənd məntəqələri fəaliyyət göstərəcək. Yalnız 20-21 mart tarixlərində peyvənd məntəqələrində qeyri-iş günü olacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il mart ayının 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır.