Skandal reputasiyaya malik “ekstrasens” Bayram Nurlu rəğbət göstərdiyi deputatlığa namizədlə bağlı paylaşım edib.
Yenicag.az xəbər verir ki, Bayram Nurlu özünün “Instagram” hesabında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Məzahir Əfəndiyevin seçki plakatını paylaşıb.
Qeyd edək ki, Məzahir Əfəndiyev Nazirlər Kabineti Aparatının Maliyyə və İqtisadiyyat Şöbəsi müdirinin müavini vəzifəsini tutur.
Bayram Nurlunun bu paylaşımı birmənalı qarşılanmayıb və sosial şəbəkədə müzakirələrə səbəb olub.