!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bayram Səfərov iş görmək yerinə, kreslosundan yapışıb"

!Reklam – Yazi

İşğalçı Ermənistan hakimiyyəti və Dağlıq Qarabağdakı separatçı rejim öz mövqelərini gücləndirmək üçün dünyanın bir çox yerlərində “nümayəndəliklər” açmağa çalışır, harda gəldi “bayraqlarını” dalğalandırır, bir sözlə Azərbaycana qarşı təxribatla məşğuldur. Separatçı rejimin tanıdılması istiqamətində onlar əsasən də Rusiya və Fransada daha çox canfəşanlıq edirlər. Azərbaycan haqlı olaraq ermənilərin bu çirkin niyyətlərindən şikayətçidir. Amma məsələ təkcə şikayət etməklə bitmir. Bunun üçün Qarabağın Azərbaycanlı İcması (QAİ) da özünün tanıdılması istiqamətində ciddi fəaliyyət göstərməlidir. Təəssüf ki, biz bunu müşahidə edə bilmirik.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirdi ki, Qarabağın Azərbaycanlı İcmasının rəhbərliyi ancaq özlərinin dar maraqlarından çıxış edirlər:

“Əslində, Qarabağın Azərbaycanlı İcması deyilən ictimai birlik yaratmaqla bağlı atılan addımın özü yanlış idi. Belə bir biabırçı şəkildə qeyri-hökumət təşkilatının yaradılması düzgün addım deyildi. O zaman müxtəlif ideyalar mövcud idi. Hətta təkliflər səslənirdi ki, Dağlıq Qarabağdakı qondarma rejimə alternativ olaraq Azərbaycanda Qarabağ Azadlıq Təşkilatının statusu dövlət tərəfindən tanınsın və beynəlxalq təşkilatlara təqdim olunsun. Belə bir vəziyyətdə
tələm-tələsik Qarabağın Azərbaycanlı İcmasını yaratdılar. Bu da fikrimcə, yanlış yanaşma idi. O dövrdən bu günə qədər həmin qurumun nəinki xaricdə, heç daxildə belə bir fəaliyyəti yoxdur. Onların Prezident Administrasiyasının dediklərini təkrar etməkdən başqa bir işləri yoxdur. Bunu rəhmətlik Nizami Bəhmənovun sağlığında ona demişəm, indi də Bayram Səfərova da deyirəm.

Onlar Prezident Administrasiyasının dediklərini təkrar etməklə işlərini bitmiş hesab edirlərsə, belə bir qurumun fəaliyyətinə və mövcudluğuna nə ehtiyac var? İcmada olan istər Bayram Səfərov, istərsə də Kamal Abdulla, Fərhad Bədəlbəyli olsun, hamısı özlərinin dar maraqlarından çıxış edirlər ki, birdən onlara söz gələr. Ona görə də qurum heç bir iş görmür. Vaxtaşırı kopyalanmış bəyanat verməklə kifayətlənirlər. Xaricdə isə onlar ümumiyyətlə, heç bir iş görmək istəmirlər.

Hansısa tapşırığı gözləyirlər. Özləri təşəbbüs göstərə bilmirlər. Əslində, Prezident Administrasiyası ilə razılaşdırmaqla xaricdə tanıtma istiqamətində müxtəlif tədbirlər keçirtməli, müxtəlif formalarda xaricdə fəaliyyət göstərməlidirlər. Ermənilər isə təbliğat nəticəsində yalandan da olsa belə bir ictimai fikir yaradıblar ki, xarici ölkələrdə bir çox hallarda Qarabağ deyəndə oranın erməni torpağı olduğunu düşünürlər. İcma isə öz fəaliyyətilə xaricə çatdırmalı idi ki, Dağlıq Qarabağda münaqişə ərəfəsində 50 mindən çox azərbaycanlılar yaşayıb, indi də onların sayı 80 minə yaxınlaşıb. Bunu etməyin əvəzinə sözügedən icma şəxsi maraqları naminə tutduqları kreslodan bərk-bərk yapışırlar”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

740
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv