!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram Səfərovun ŞUŞA AÇIQLAMASI: "Qəzalı binalarda yaşayan vətəndaşların köçürülməsi..."

!Reklam – Yazi

Şuşa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Bayram Səfərov bildirib ki, Şuşaya ilk olaraq qəzalı binalarda yaşayanlar köçürüləcək. O qeyd edib ki, nə zaman göstəriş verilsə, RİH-nin binası da o zaman Şuşaya köçürüləcək.

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, bu gün qəzalı binaların sayı yetərincə çoxdur:

“Fövqəladə Hallar Nazirliyinin apardığı monitorinqə görə, Bakıda 100-dən artıq qəzalı bina qeydə alınıb. Bu, sadəcə müraciət əsasında qeydə alınan binalardır. Ümumilikdə qəzalı binaların sayı daha çoxdur. Bakı şəhərində məcburi köçkünlərin məskunlaşdığı köhnə yaşayış binalarına daha çox tələbə yataqxanaları və bəzi köhnə inzibati binalar daxil idi. Bu gün həmin binalar, həqiqətən, çox qəzalı vəziyyətdədir. Çox güman ki, tələbə yataqxanaları Elm və Təhsil Nazirliyinin balansında olduğuna görə köçdən sonra yerinə yaşayış binaları tikilməyəcək. Əksinə, yataqxana tipli binalar tikiləcək.

Şuşa və Şuşa ətrafı kəndlərdən olan sakinlərin böyük əksəriyyəti Ramana qəsəbəsində dövlət tərəfindən inşa edilən Şuşa şəhərciyində məskunlaşıblar. Yəni bina evində yaşayanlar elə də çox deyil. Bütün hallarda qəzalı binalarda yaşayan vətəndaşların köçürülməsi doğru addımdır. Çünki dövlət məcburi köçkünləri artıq evlə təmin etmir. Bu proses müharibəyə qədərki dövrü əhatə edirdi. Müharibədən sonra isə məcburi köçkünlər üçün tikilən evlərin bir hissəsinin şəhid ailələrinə və qazilərə verilməsi nəzərdə tutulub. Qalan mənzillər isə satışa çıxarılacaq və əldə olunan vəsaitlə bölgədəki şəhid ailələri üçün evlər tikiləcək”.

Gülşən Şərif

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv