Türkiyədə Qurban bayramı tətili 9 gün olacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasında bildirib.
“İctimai sahədə işləyən işçilərimiz üçün 16 iyun tarixində başlayacaq Qurban bayramından sonrakı 2 iş gününü – cümə axşamı və cümə günlərini (20-21 iyun) də qeyri-iş günləri siyahısına alaraq, 9 günlük tətil imkanı yaradırıq”, – o deyib.
Qeyd edək ki, Türkiyədə Qurban bayramı tətili 16-19 iyun tarixlərini əhatə edir. 15 iyun – şənbə günündən növbəti bazara – 23 iyuna qədər Türkiyədə qeyri-iş günləri olacaq.
Azərbaycanda Qurban bayramı və Qurtuluş Günü ilə bağlı qeyri-iş günləri 15 iyunda başlayacaq və 19 iyuna qədər (5 gün) davam edəcək.