Bayram tətilində yol qəzalarında həlak olanların sayı açıqlandı

Dörd günlük bayram tətilində yol qəzalarında ölənlərin sayı açıqlanıb.

Yenicag.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, bu müddətdə respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.

Qəzalarda 8 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Qeyd edək ki, ölkəmizdə Qurban bayramı ilə əlaqədar 4 gün ardıcıl (9, 10, 11 və 12 iyul) iş olmayıb.