Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayram yarmarkalarındakı – Qiymətlər

dfgdg92Martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil ediləcək.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, yarmarkaya keyfiyyətli və çeşidli məhsul çıxarılması məqsədilə ölkənin bütün regionlarına müraciət edilib: “Əhali arasında yarmarkalara böyük tələbat var. Artıq səhər saatlarından başlayaraq çox sayda müştəri yarmarkalara müraciət edib”.

Qurumdan bildiriblər ki, yarmarkalarda 1 kq mal ətinin qiyməti 5,5 manat, qoyun əti – 6 manat, quş əti – 2,3-2,8 manatdır. Yumurtanın 1 ədədinin qiyməti isə 0,10-0,11 manat arasında dəyişir.

Nazirlikdən onu da deyiblər ki, bayramla əlaqədar olaraq yarmarkalarda meyvələrin, quru meyvələrin, qərzəkli meyvə bitkilərinin həcminin artırılmasına xüsusi fikir verilir. Qiymətlərə gəlincə, ümumilikdə yarmarkalardakı qiymətlər bazarlardakı qiymətlərdən çox aşağıdır: “Qoz-fındıq – 4-5 manat, nar – 1,5-2 manat, pomidor, xiyar – 1,8 manat, təmizlənmiş qozun 1 kiloqramı – 7-9 manat, təmizlənmiş findıq – 9-10 manat, kartof – 0,5-0,8 manat, alma – 1-1,3 manat, sitrus meyvələri – 1,5-1,8 manat, kişmiş – 7-8 manat, ərik qurusu – 4-5 manatdır.

Yarmarkalar aşağıdakı ünvanlarda təşkil olunacaq:

Bakı şəhəri üzrə:

– Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, “Bakı” kinoteatrının yaxınlığı;
– Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
– Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, 1, məktəbin arxası;
– Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin yanı;
– Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi, 53, Elit Ticarət Mərkəzinin yaxınlığı

Sumqayıt şəhəri üzrə (2 yerdə):

– 12-ci mikrorayon;
– Köhnə avtovağzalın yanı

Abşeron rayonu üzrə:

Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)

www.yenicag.az

346