Bayramda bölgələrə gedəcək vətəndaşların nəzərinə

avto_0_700x390Qurban bayramının yaxınlaşması ilə əlaqədar bir sıra qurumlar gücləndirilmiş iş rejiminə keçəcək.

Həmin qurumlardan biri Azərbaycan Dəmir Yolları QSC-dir.

Qurumun mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, bayramın gəlməsi ilə əlaqədar qurum sentyabr ayının 21-dən etibarən növbəli iş rejiminə keçəcək. “Bayramın gəlməsi ilə əlaqədar əlavə 20 vaqon hazır vəziyyətə gətirilib. Hansı zona istiqamətində sıxlıq yaranarsa bu vaqonlar həmin istiqamətə veriləcək”,- deyə N. Əzməmmədov bildirib.

Ötən illərdəki təcrübəyə əsasən ən çox sıxlığın qərb zonasına –Qazax istiqamətinə hiss olunacağını deyən xidmət rəhbəri stansiyalarda təhükəsizlik tədbirlərinin gücləndiriləcəyini də qeyd edib.

Dəmir Yolları QSC-nin istiqamət sxemi

Amma vətəndaşları narahat edən edən məsələ qiymətlərin süni şəkildə qaldırılması ilə bağlıdır. Nadir Əzməmmədovun sözlərinə görə, bayram günü gediş haqlarının süni şəkildə qaldırılması hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndiriləcək. Qiymətlərdə heç bir dəyişiklik olmayacaq.

“Rayon istiqamətinə hərəkət edən qatarların gediş haqqında bayram münasibətilə heç bir artım ola bilməz. Sərnişinlər hansısa neqativ hallarla qarşılaşsalar bütün mobil operatorlardan 1822 qaynar xəttinə zəng vuraraq öz şikayətlərini bildirə bilərlər”,-deyə Nadir Əzməmmədov əlavə edib.

Qurumun mətbuat xidmətindən də verilən məlumata görə, kompleks sentyabr ayının 22-dən 27-nə qədər gücləndirilmiş iş rejimində çalşacaq.

“Hazırda gün ərazində 360-400 avtobusla rayonlar istiqamətinə 9-10 min insan daşınırsa, bayram günlərində bu 15 minə yaxın olacaq. Buna görə də xətlərə əlavə 200-ə yaxın avtobus buraxılacaq”,-deyə mətbuat xidmətindən bildiriblər.

Avtovağzalın ölkədaxili istiqamətlərə bilet qiymətləri

Daha çox sıxlığın cənub istiqamətinə hiss olunacağını deyən qurum rəsmisi sərnişinlərə rahat gedib-gəlmək üçün əvvəlcədən kassalara yaxınlaşaraq bilet almalarını, yaxud avtovağzalın rəsmi saytından online bilet sifariş etmələrini məsləhət gördü.

Avtovağzalda ötən bayramlarda müşahidə olunan süni qiymət artımına gəlincə, sərnişinlər hansısa artımla qarşılaşsalar dərhal kompleksin 1-ci mərtəbəsindəki kassaların yanında yerləşən dispeçer məntəqəsinə müraciət edə bilərlər.

Süni qiymət artımı ilə mübarizə aparılsa da bayramlar ərəfəsində bü cür neqativ hallara rast gəlinir .Bu da sərnişinlərin narazılığına səbəb olur. Həmin faktlardan biri Bakı-Qazax istiqamətinə hərəkət edən avtobusda rast gəlinib, sürücü özbaşına olaraq gediş haqqını 10 manatdan 12 manata kimi yüksəltmişdi.Amma vətəndaşın müraciətindən sonra avtovağzalın növbə rəisi sərnişindən alınan əlavə vəsait özünə qaytarılıb(ans).