!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayramda rayonlara getmək istəyənlərin nəzərinə - VİDEO

Qarşıdan gələn bayram günlərinə görə bölgələrə üz tutan vətəndaşların sayında artım müşahidə ediləcək. Bakı Beynəlxalq Avtovağzal Kompleksi sərnişin axını ilə bağlı hərəkətə keçib. Rahat gediş-gəlişi təmin etmək üçün xəttə əlavə avtobuslar buraxılacaq.

Yenicag.az xəbər verir ki, Yeni il bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzalında canlanma müşahidə edilir.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsmisi Günay Əliyeva “Xəzər Xəbər”ə bildirib ki, sərnişin çoxluğu nəzərə alınaraq, müvafiq daşıyıcı şirkətlərə tapşırıq verilib. Əlavə avtobusların daha çox hansı istiqamətlər üzrə xəttə buraxılacağı da məlumdur.

Xidmət rəsmisi qeyd edib ki, gediş haqqı tariflərində heç bir dəyişiklik yoxdur. Pandemiya dövrünün tələbləri nəzərə alınaraq, yalnız “kovid pasportu” olan şəxslər şəhərlərarası sərnişindaşıma fəaliyyətindən istifadə edə bilərlər. Avtobus sürücülərinin sağlamlıq durumuna ciddi nəzarət olunacaq. Onlar tibbi müayinədən keçdikdən sonra sükan arxasında əyləşəcəklər.

 

www.yenicag.az

178
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100