Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Yenicag.az xəbər verir ki, martın 19-da qızılın qiyməti martın 18-i ilə müqayisədə 13,3195 manat artaraq 1 unsiya üçün 2223,1325 manat təşkil edib.
Gümüş 0,1779 manat bahalaşaraq 1 unsiya üçün 26,1769 manata bərabər olub.
Platinin qiyməti 17,221 manat artaraq 1425,875 manat, palladiumun qiyməti isə 58,735 manat artaraq 2631,8975 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.