Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayaraq cırıldı, icra başçısının müavini işdən qovuldu - RƏSMİ

Tovuz Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Mahir İsa oğlu Həsənov vəzifəsindən azad edilib.

Bu barədə “Report”un Qərb bürosuna RİH-dən bildirilib.

Məlumata görə, M.Həsənovun işdən çıxarılma səbəbi rayonun Bayraq meydanında Azərbaycan bayrağının bir hissəsi cırılmış halda dalğalanmasına məsuliyyətsiz yanaşması olub.

Qeyd edək ki, bir neçə gün əvvəl xəbər saytlarında və sosial şəbəkələrdə Tovuzun Bayraq Meydanında dalğalanan Azərbaycan bayrağının bir hissəsi cırılmış halda görüntüləri yayılıb.

Yeniçağ.az

www.yenicag.az

401