Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bayraq paltar deyil, mənliyimiz, kimliyimizdir…

ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb. Daha sonra Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 72 ildən sonra 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib.

Yuxarıda da qeyd edildiyi kimi, bayraq dövlət atributudur və hər bir Azərbaycan vətəndaşı dövlət bayrağına hörmət etməlidir. Əks təqdirdə cəza qaçılmazdır. Bu bayraq haqda işin hüquqi tərəfi. Bu işin bir də mənəvi, ruhi, ilahi tərəfi də var axı. Bayrağımız baş tacımızdır. O, nə qədər yüksəklərdə dalğalansa, başımız bir o qədər uca olar. Bəs bizim bayrağımıza olan münasibətimiz, sevgimiz, hörmətimiz nə dərəcədədir? Əslində bayrağa qarşı ilk laqeydliyimiz illərlə öz bayrağımız altında yaşamamağımız olub. Bizim olmayan bir bayrağı necə sevmişik? Bilə-bilə ki, öz bayrağımız var, başın üzərində dalğalanan bayraq sənə ögeydi, nə qədər olmasa da bir soyuqluq keçər içdən.

Bayrağımızı məhz 90-cı ildən yenidən sevməyə, ondan ötrü can verməyə başladıq. Birinci Qarabağ müharibəsi dönəmində də, sonuncu Qarabağ müharibəsində də şəhidlərimizin kəfəni oldu bayraq. Neçə-neçə igidlərimiz bayrağımızı işğal olunmuş rayonlarda, kəndlərdə, yüksəkliklərdə dalğalandırmaqdan ötrü son nəfəsinə kimi vuruşdu. Azğın düşmənin atdığı raket nəticəsində evi dağılmış insanımızın evdən çıxardığı ilk şey də bayraq oldu. Bütün işini, vəsaitini sərf edib, parça alıb, bayraq tikən insanlarımız da oldu. Şəhid valideynləri, şəhid yaxınları igid övladlarının tabutunun büründüyü bayrağı öpüb, gözlərinin üstünə qoyaraq təhvil alır və bir ömür qoruyaraq, gələcək nəsillərə ötürür. Bu, həm mənəvi həm də rəmzi prosesdir.

Mən bayrağı hər hansı maddi ödəniş qarşılığında satılmasını da istəmirəm. Təklif edirəm ki, növbəti ilin büdcəsində müəyyən ölçülərdə bayraqların kütləvi istehsalının təşkili üçün vəsait nəzərdə tutulsun. Bayraqlar tədbirlərdə xalqa paylanılsın və hədiyyə kimi təqdim olunsun. Bununla da bayrağımız daha da əlçatan olsun. Bu, həm də bayrağımızın mənəvi çəkisini artırar. Bayrağa sevgi, hörmət əlamətlərini çox qeyd etmək olar. Amma uca bayrağımıza qarşı hörmətsizlik, diqqətsizlik, laqeydlik halları da az baş vermir. Bu hallar icra hakimiyyətlərinin binalarında, bayraq meydanlarında, dövlət və özəl müəssisələrdə, parklarda, tədbirlərdə, bir sözlə, hər yerdə baş verir. Bunların hamısı xoşagəlməz və qəbuledilməzdi. Dövlət atributu olan bayrağın geyim kimi istifadəsi olunması, anormallıqdır və bayrağa hörmətsilik hesab olunmalıdır. Buna bir dəfəlik son verməyin bir yolu var – sərt qərar.

BDU-nun tələbəsi Pərvizin bayrağa qarşı yüngüllüyü, həm bəyənilmədi, həm qınanıldı, həm də başına bəla oldu. Mənə elə gəldi ki, uşağın xarakteri möhkəm deyil. Xarakteri möhkəm olsaydı, azı 44 günlük müharibədən bir dərs çıxarardı, bayrağı sevərdi. Bayraq barədə isə demək olar ki, ciddi məlumatı yoxdur. Ümid edirəm ki, ictimai qınaqdan böyük dərs aldı. Bir daha təkrarlamaz. O da bayrağımızı sevər, başının tacı edər. Ancaq Pərviz səbəb deyil-nəticədir. Bəs günah kimdədi? Deyəcəksiniz ki, günahkar axtarmaq asandır. Pərvizin etdiyinin səbəbkarı hamımızıq. Bayrağa sevgi ilə bağlı təbliğatı hər kəs özünə vəzifə borcu bilməlidir. Uşaqdan-böyüyə. Pərvizin hərəkətinə görə ən çox qınadığım onun valideynləri, sinif rəhbəri, müəllimləri, ağsaqqalları, çevrəsində olan ziyalılardır. Çünki evdə dövlət atributları barədə, xüsusilə də bayrağa sevgi ilə bağlı düzgün təbliğat aparmayıblar. Təbliğat vasitələrindən düzgün istifadə etməyiblər, ümumiyyətlə bu barədə heç nə onlara maraqlı deyil. Onlar üçün bayraq əski parçasından başqa bir şey deyil. Eləcə də TV-lər, qəzetlər, saytlar, ictimai birliklər bu barədə düzgün təbliğat aparmırlar, maraqlı deyillər. Düşünürük ki, vəzifəmizi layiqincə yerinə yetiririk, ancaq bacarmamışıq. Düzgün təbliğat mexanizmindən istifadə etməliyik. Qardaş Türkiyəyə baxın. Bayraq deyəndə sıçrayıb, ayağa qalxırlar. Bayraqları üçün dünyanı yandırarlar. Müqayisəyə gəlməyəcək dərəcədə bizdən çox sevirlər, hörmət edirlər şanlı bayraqlarına. Əvvəldə də qeyd etdiyim kimi, bizi tarix soyudub uca bayrağımızdan. Amma biz də qardaşlarımız kimi sevməyə başlamışıq. Artıq bayrağa qarşı doğma hisslər canlanır. Daha da çox sevəcəyik bayrğımızı. O bizim baş tacımızdır. Şair demişkən, mənliyimiz, kimliyimizdir bayrağımız! Kimsə onu paltar edib əyninə geyinə, kimsə örpək edib başına sarıya bilməz!
Pərvizin cəzasına gəldikdə isə düşünürəm ki, çox sərt cəza idi, yaxşı ki, vaxtında aradan qaldırıldı. Universitet rəhbərliyinə təklifim budur ki, Pərviz 1-ci kursu bitirdikdən dərhal sonra təhsilini hərbi xidməti bitirənə kimi dondurulması ilə bağlı qərar versin. Hərbi xidmətdə ona bayrağı necə sevmək lazımdır, öyrədəcəklər.

Sonda bildirirəm ki, dövlətin, xalqın milli-mənəvi dəyərlərinə qarşı hörmətsizlik ictimai müzakirələrə çıxarılmalı və qınaq obyekti linç edilmədən, tənbeh olunmalıdır.

Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri də Azərbaycan Respublikasının Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Azərbaycan bayrağına hörmətsizlik cinayət sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinə görə Dövlət Bayrağı və Dövlət Gerbinin təhqir edilməsi yolverilməz hesab olunur. Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər — iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Ölkə başçısı Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Səbuhi QAFAROV

www.yenicag.az

217