Bayraqdardan Qarabağ açıqlaması: İçimizdəki yara idi…

Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi.

Yenicag.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı:

“Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.