“Bayraqdar”lar Serbiyanın hava məkanını pozub?

Prezident Aleksandr Vuçiçin Kosovaya məxsus PUA-ların Serbiyanın hava məkanını pozması ilə bağlı fikirləri həqiqəti əks etdirmir.

Yenicag.az xəbər verir ki, bu barədə Kosova Müdafiə Nazirliyi məlumat yayıb.

“Kosova Təhlükəsizlik Qüvvələrinin arsenalında “Bayraqdar TB2” PUA-ları mövcuddur. Sözügedən PUA-ların əməliyyatları, normal olaraq Kosova ərazisi daxilində, heç bir qonşu ölkəyə casusluq niyyəti olmadan və hər hansı bir dövlətin hava məkanını pozmadan həyata keçirilir”, – məlumatda bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl A.Vuçiç Kosovaya məxsus “Bayraqdar”ların Serbiya hava məkanını pozduğunu açıqlamışdı.
COP29