Avqustun 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah günəşli hava olacaq.
Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 24-28, gündüz 34-37, bəzi yerlərdə 39, Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 40-50% olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 35-39, bəzi yerlərdə 41, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq.