Bazarda əl yandıran QİYMƏTLƏR: Kilosu 50-80 manata satılan meyvələr – VİDEO

Bazarlarda bəzi meyvələrin qiyməti digərləri ilə müqayisədə kiyafət qədər yüksəkdir.

İctimai TV bununla bağlı reportaj hazırlayıb.

Qiymətinə görə, fərqlənən meyvələrdən alça və əriyi misal göstərmək olar. Bazarda alçanın bir kiloqram üçün qiyməti 80 manata qədər artır. Meyvənin qiyməti iriliyinə və xırdalığına görə dəyişir. Əriyin kiloqramı isə 50 manata qədər arta bilir.

Satıcılar bu meyvələrin aprel ayı üçün qiymətini normal hesab edir. Bu fikirdə olan alıcılar da var, lakin qiymətləri kifayət qədər yüksək hesab edən istehlakçılar da mövcuddur.