Bazarda kütləvi dava: 2 nəfər bıçaqlandı

Lənkəran şəhrində yerləşən Mərkəzi bazarda kütləvi dava olub.

Yenicag.az Report-a istinadən xəbər verir ki, dava zamanı iki nəfər bıçaqlanıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.