Bərdə rayonunda, “Kolxoz bazarı” deyilən ərazidə kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, Qarabağ Mərkəzinin məlumatına görə, meyitin Tərtər rayonunun Sarcalı kənd sakini, 1947-ci il təvəllüdlü Ağayev Nadir Abbas oğluna məxsus olduğu müəyyənləşib.
Meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə təhvil verilib. Müayinə nəticəsində onun ürəktutmadan öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.