Bazarda xiyarın qiyməti ilə razılaşmadı, satıcını bıçaqladı
Mingəçevir şəhərinin mərkəzi bazarında bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, bazarlığa gələn müştərilərdən biri satılan xiyarın qiyməti ilə razılaşmayaraq 1986-cı il təvəllüdlü satıcı Musayev Samir Vaqif oğlunu insanların gözü önündə ürək nahiyəsindən bıçaqlayıb.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis həmin şəxsin axtarışlarına başlayıb.
Bıçaqlanan şəxs 3 uşaq atasıdır, ailəsi ilə birgə kirayədə yaşayır.
Faktla bağlı araşdırma aparılır.