İraq Kürdüstanının paytaxtında bazarda baş verən yanğında 50 nəfər xəsarət alıb.
Yenicag.az xarici meiaya istinadla xəbər verir ki, fevralın 27-də axşam Ərbilin mərkəzindəki bazarda güclü yanğın baş verib.
Səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Bundan sonra yanğın bazarın mağazalarının təxminən 40%-ni əhatə edib. Yanğın nəticəsində azı 50 nəfər xəsarət alıb.
Zərərçəkənlərin dəm qazından boğulduğu qeyd edilir.
Ərbil Mülki Müdafiə sözçüsü podpolkovnik Karvan Əli bildirib ki, yanğının söndürülməsinə 20-dən çox ekipaj cəlb olunub və yanğın söndürülənə qədər iki saatdan çox davam edib.
Xuraman Etibarlı