!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bazarda yeni təhlükə - Zəhərli yumurtalar yayılır

!Reklam – Yazi

Zəhərli yumurta təhlükəsi getdikcə daha geniş ərazilərə yayılır.

Yenicag.az xarici KİV-lərə istinadən xəbər verir ki, zəhərli yumurtaların Hollandiya, Belçika və Almaniyadan sonra İngiltərə və Fransa bazarlarına da yol açdığı müəyyən edilib.

İngiltərə Qida Standartları Agentliyi, yumurtaların ölkədə hansı ərazilərə yayılmasının araşdırıldığını, onların saylarının az olduğunu və insan sağlamlığı üçün elə də mühüm təhlükə təşkil etmədiyini açıqlayıb.

Fransa hökuməti də, sözügedən təhlükə ilə bağlı açıqlama verib, zəhərli yumurtaların istehlakçıya çatıb-çatmadığı barədə dəqiq məlumatları olmadığını bildirib.

Qeyd edək ki, yumurtaların tərkibində fipronil adlı böcək dərmanı var.

Aytac
Yenicag.az

www.yenicag.az

1033
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv