Bazardakı yanğında xəsarət alanlarla bağlı YENİ XƏBƏR

Dünən Bakının Nərimanov rayonunda (“Baksol” yolunda) “Taxta bazarı” kimi tanınan ərazidə baş verən yanğınla əlaqədar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılan FHN əməkdaşları artıq xəstəxanadan buraxılıblar.

Bu barədə Yenicag.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Hazırda baş verən hadisə ilə bağlı xəstəxanalara müraciət yoxdur”, – məlumatda qeyd olunub.