!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bazarsız qalan Azərbaycan fermeri: vəziyyətdən çıxış yolu varmı?

!Reklam – Yazi

Təkliflər səslənir ki, regionlarda fermerlərin öz məhsullarını satması üçün iri topdan və pərakəndə satış mərkəzləri yaradılsın. Bu mümkündürmü və belə olarsa, fermerlərə öz məhsullarını daha yüksək qiymətə satmağa əngəl olan alverçilərin fəaliyyətinə birdəfəlik son qoyula bilərmi?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov qeyd etdi ki, iri topdansatış mərkəzlərinin yaradılması üçün ölkədə bol məhsul istehsalına nail olmaq gərəkdir ki, hazırda bu hal mövcud deyil:

“Rayonlarda iri topdansatış məntəqələri yaratmaq üçün böyük həcmdə kənd təsərrüfatı məhsulları istehsal etmək gərəkdir. Azərbaycanda isə hazırda lazımı qədər kənd təsərrüfatı məhsulu istehsal olunmur. Həmçinin məhsuldarlığın gələcəkdə artımı da gözlənilmir. Bu halda deməli, bol məhsul da olmayacaq və əvvəlki tək əsasən, xaricdən idxalla məşğul olacağıq. Təbii ki, məhsul bol olarsa, onun topdan satışını təşkil edən özəl sahibkarlar da formalaşacaq. İndiki halda isə məhsuldarlığın artırılması və fermerlərin daha çox məlumatlandırılmasına çalışmaq lazımdır. Ölkəmizdə bol məhsul olarsa, Rusiya və digər ölkələrdən sahibkarlar gəlib, özləri həmin məhsulun topdanalışını həyata keçirəcəklər. Ona görə də ilk növbədə məhsulun bol, keyfiyyətli və rəqabət qabiliyyətli olmasına fikir verilməlidir. İndi bu olmadığı halda yaradılması istənilən topdansatış məntəqələri əslində, məmur marağına xidmət edən bir layihədir. Belədə onların yaradılması ilə ortalıqda olan alverçilərin fəaliyyətinə də son qoyulmayacaq. Sadəcə, onların biznesi bir qədər darala bilər”.

ELÇİN

www.yenicag.az

1011
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv