BBC-nin məşhur xəbər aparıcısı Hu Edvard uşaqların ədəbsiz şəkillərini toplamqda təqsirli bilinib. London məhkəməsində 63 yaşlı Edvarda şərti cəza verilib.
Yenicag.az xəbər verir ki, Edvard “WhatsApp” vasitəsilə ona göndərilən 41 qeyri-etik görüntü əldə etdiyini etiraf edib. Bu görüntülərə 7-9 yaş arası bir uşağın iki pornoqrafik videosu olub. Prokurorluq bu görüntülərdən yeddisinin ən ağır kateqoriyaya aid olduğunu bildirib.
Hakim Pol Qoldsprinq Edvara iki il müddətinə ertələməklə altı ay həbs cəzası verib. Bu o deməkdir ki, Edvard həmin müddət ərzində başqa cinayət törətməyincə həbsxanaya düşməyəcək.
Edvardın vəkili cinayət zamanı müvəkkilinin psixi və fiziki sağlamlıq problemlərinin olduğunu və görüntüləri izləmək yaddaşının olmadığını deyib. O, Edvardın bu görüntülərdən şəxsi məmnunluq duymadığını da vurğulayıb.
Hakim Edvardın reputasiyasının “pozulduğunu” deyib və əlavə edib ki, bu, onun öz hərəkətlərinin nəticəsidir.
BBC Edvardın cinayətlərindən dəhşətə gəldiklərini və təkcə qurumu deyil, həm də ona güvənən izləyiciləri məyus etdiyini açıqlayıb.
İsmayıl Bakuvi