Əfqanıstanda Böyük Britaniyanın BBC telekanalının jurnalisti qətlə yetirilib.
Yenicag.az xəbər verir ki, insident ölkənin Host vilayətində qeydə alınıb. Sözügedən telekanalın jurnalisti Əhməd Şah evə qayıdarkən motosikletlə hərəkət edən naməlum şəxslər ona atəş açıb.
Artıq bu məlumatı telekanaldan da təsdiqləyiblər. Telekanal rəsmisi Cemi Anqus bunları söyləyib: “BBC dərin hüznlə müxbirimiz Əhməd Şahın Əfqanıstanın Host vilayətində bu gün öldürüldüyü barədə xəbəri təsdiqləyir.