!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDM nümayəndə heyətinin Polşa və Çexiyaya səfəri başa çatdı

!Reklam – Yazi

12366315_10206251346777516_3479061789821030264_nBeynəlxalq Diaspor Mərkəzinin nümayəndə heyətinin Polşa və Çexiyaya səfəri başa çatıb. Səfər çərçivəsində Polşanın Katoviç İqtisadiyyat Universitetində və Çexiyanın Brno Texnoloji Universitetində “Ermənistanın torpaqlarımızı işğalı zamanı törədilmiş soyqırım, terror, işgəncə faktlarına dair nəşrlərin hazırlanması” layihəsi həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilib. Polşanın Katoviç İqtisadiyyat Universitetində Azərbaycan həqiqətləri ilə bağlı konfrans-sərgi keçirilib. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılı1q siyasəti, işğal edilmiş ərazilərimiz, dağıdılmış tarixi və milli abidələrimiz haqqında, həmçinin ermənilərin xalqımıza qarşı həyata keçirdiyi deportasiya, soyqırım və terror barədə məlumatlandırıcı materiallar sərgilənmiş və bu istiqamətdə BDM sədri İsmayıl Ağayev çıxış edərək hər iki ölkənin dostluq əlaqələrindən və bu əlaqələrin inkişaf perspektivindən danışmışdır. Tədbirdə çıxış edən BDM sədrinin birinci müavini Samir Adıgözəlli isə Azərbaycan Respublikasının Avropa ilə siyasi-iqtisadi əlaqələri haqqında danışıb. Tədbirdə BDM-in Avropa təmsilçiliyinin rəhbəri, professor Azər Kərimov da çıxış edərək Çexiyanın Brno Texnoloji Universitetində 2014-cü il tarixində Qarabağla bağlı məlumatlandırıcı guşənin yaradılmasına dəstək və yaxından köməkliyinə görə universitet rəhbərliyinə, xüsusilə, prorektor Prof.ing.MBA. Oldriç Saşinkaya təşəkkürünü bildirmişdir. Brno Texnoloji Universitetində keçirilən tədbirdə Avropanın tanımış alimləri Prof.ing.MBA. Oldriç Saşinka, dekan, prof.ing.MBA. Rostislav Droçita, Çex-Azərbaycan Mədəniyyət Mərkəzinin sədr müavini, professor İvan Meznik, Massarik Universitetinin tarix kafedrasının müdiri, professor Frantiçek Çapka iştirak edib. Onlar öz çıxışlarında Çexiya-Azərbaycan dostluq əlaqələrindən danışaraq, Azərbaycan haqqında ölkələrində bu kimi tədbirlərin keçirilməsini müsbət bir addım kimi qiymətləndiriblər.

Məlumat üçün bildiririk ki, Brno Texnoloji Universitetində nümayiş edilən Qarabağla bağlı informasiya guşəsi 2014-cü ildə yaradılmış, universitetin informasiya mərkəzində yerləşdirilmiş və orada daimi qalması haqqında universitet rəhbərliyi ilə razılıq əldə edilmişdir. BDM tərəfindən həyata keçirilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə baş tutub.

BDM mətbuat xidməti

www.yenicag.az

1138
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv