!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-da “Azərbaycanda biomüxtəlifliyin qorunması” seminarı baş tutdu – FOTOLAR

!Reklam – Yazi

a648cde3-b393-44f0-989b-a99b9503d6deBakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) təşilatçılığı ilə “Azərbaycanda biomüxtəlifliyin qorunması” mövzusunda seminar keçirilib.

Tədbirdə BDU THİK sədr müavini Eltac Cəbiyev, Ekologiya və torpaqşünaslıq fakültəsi üzrə THT sədri Nəzmi Cəfərli, Ümumdünya Təbiəti Mühafizə fondunun nümayəndəliyinin direktoru Elşad Əsgərov, ictimaiyyətlə əlaqələr üzrə meneceri Sevinc Saruxanova və universitet tələbələri iştirak ediblər.
Eltac Cəbiyev hər kəsi salamlayaraq THİK-in ekologiya və təbiətin mühafizəsinə verdiyi önəmdən və keçirdiyi tədbirlərdən danışıb. Nəzmi Cəfərli fakültə olaraq reallaşdırdığı layihələrdən danışaraq bu cür seminarların keçirilməsinin zəruriliyindən söz açıb.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) nümayəndələri bildirib ki, WWF Azərbaycan nümayəndəliyi 2002-ci ildən başlayaraq ölkəmizdə fəaliyyət göstərir və bu illər ərzində təşkilat biomüxtəlifliyin mühafizə və bərpası, iqlim dəyişməsinin təsirlərinin azaldılması və xüsusi mühafizə olunan təbiət ərazilərinin idarəediciliyinin gücləndirilməsi istiqamətində bir çox uğurlu layihələr həyata keçirilib.

Seminardan sonra tələbələrin sualları cavablandırılıb və onlara məlumat kitabçaları paylanılıb.

BDU THİK İctimaiyyətlə əlaqələr departamenti

www.yenicag.az

1013
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv