!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-da Fətəli xan Xoyskinin anadan olmasının 140 illiyi qeyd edilib

!Reklam – Yazi

f1283e8f-8c54-4ecd-82c0-fa93f5eb104fBDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin Beynəlxal münasibətlər və İqtisadiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 140 illiyi qeyd olunub.

Tədbirdə BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Eltac Cəbiyev, Beynəlxal münasibətlər və İqtisadiyyat fakültəsi THT-nin sədri Aytac Talıblı, Tarix üzrə fəlsəfə doktoru Aslanova Təhminə iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədr müavini Eltac Cəbiyev bildirib ki, Fətəli xan Xoyski, Azərbaycan Xalq Cumhuriyyətinin ilk dəfə olaraq hökümətini formalaşdırıb. Ilk dəfə olaraq o, Azərbaycanda ali təhsil ocağının yaranmasının vacibliyini qeyd edib. Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin təşəbbüskarıdır. Ən nəhayət məhz o Azərbaycanda baş nazir idadə formasının əsasını qoyub və Azərbaycanın ilk baş naziri kimi tarixə düşüb.
Daha sonra söz Beynəlxal münasibətlər və İqtisadiyyat fakültəsi THT-nin sədri Aytac Talıblı tələbələri salamlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin üsuli-idarəsinə gətirdiyi yeniliklər, irəli sürdüyü qanun layihələri haqqında danışıb.

Tarix üzrə fəlsəfə doktoru Təhminə Aslanova çıxış edərək, Fətəli xan Xoyskinin həyatı haqqında və eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasındakı rolu haqqında danışaraq tələbələri məlumatlandırıb.

www.yenicag.az

2524
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv