!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-da “Füyuzat Mərkəzi”nin açılış mərasimi keçirilib - FOTO

!Reklam – Yazi

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə Jurnalistika fakültəsində “Füyuzat Mərkəzi”nin açılış mərasimi baş tutub.

Yenicag.az xəbər verir ki, BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə universitet və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) birgə layihəsi əsasında qurulan “Füyuzat Mərkəzi”nin açılışını yüksək qiymətləndirib, onun tələbə və müəllimlər üçün yaradacağı imkanlar barəsində danışıb.

“Respublika” qəzetinin və “Füyuzat” jurnalının Baş redaktoru, professor Teymur Əhmədov mərkəzin fəaliyyətə başlamasını tarixi hadisə adlandırıb. Bildirib ki, mərkəz, eyni zamanda BDU-nun tələbə və magistrantlarının MİMTA-da təcrübə keçməsi və işə cəlb olunması məsələlərini diqqətdə saxlayacaq.

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov mərkəzin fond üçün önəmi və qarşıda duran vəzifələri haqqında fikirlərini bölüşüb.

Mərkəzin koordinatoru Afaq Sadıqova mərkəzdə onlayn media, nəşriyyat-poliqrafiya işləri ilə bağlı dərnək və kursların qurulması, “Füyuzat” və “İşıq” jurnallarının yazarları, eləcə də elm, təhsil, mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində xidmətləri olan ziyalılarla tələbələr arasında görüşlərin keçirilməsinin də yer alacağına diqqət çəkib.

Açılış mərasimində Azərbaycan Mətbuat Şurasını sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Azər Turan, şərqşünas alim Allahşükür Qurbanov, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, “Füyuzat” jurnalının məsul katibi Mübariz Yunus və digərləri “Füyuzat Mərkəzi”nin gələcək fəaliyyəti barədə çıxış edərək uğurlar arzulayıblar.

Qeyd edək ki, MİMTA Fondu və BDU-nun anlaşma layihəsi əsasında təşkil olunmuş mərkəzin qurulmasına 2017-ci ildə – “Füyuzat” jurnalının 110 illiyi ərəfəsində başlanılıb. 2019-cu ildə BDU-nun 100, Jurnalistika fakültəsinin 50, klassik “Füyuzat” jurnalının banisi Əli bəy Hüseynzadənin isə 155 illiyi ilə bağlı “Füyuzat Mərkəzi”nin açılışının gerçəkləşdirilməsi qərara alınıb.

www.yenicag.az

3308
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv