Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

BDU-da “Panik atak” mövzusunda psixoloji seminar keçirilib-Fotolar

unnamed (1)Bakı Dövlət Universitetində TEMPUS (Student Support and Development Services) layihəsi çərçivəsində növbəti tədbir baş tutub.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) “Psixologiya klubu”nun təşkilatçılığı ilə baş tutan tədbirdə BDU THİK sədr müavini Azərpaşa Hüseynli və komitə əməkdaşları, “Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə, təlimçi qismində psixoterapevt Şəbnəm Sadıqova və müxtəlif fakültələrin tələbələri iştirak edib.

Hər kəsi salamlayan Azərpaşa Hüseynli BDU-da mütəmadi olaraq müxtəlif səpkidə seminarların keçirildiyi və tələbələrin də bu təlimlərə yüksək maraq göstərdiyini söyləyib.

“Bizim üçün çox sevindiricidir ki, növbəti dəfə təşkil olunan psixoloji təlimdə universitetimizin ayrı-ayrı fakültələrinin tələbələri qatılıb. Bundan sonra da THİK olaraq gəncləri maraqlandıran mövzulara dair tədbirlər keçirməyi planlaşdırırıq”, – deyə sədr müavini deyib.

“Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə klubun fəaliyyəti və gələcək planları barədə geniş məlumat verərək, tələbələri aktiv olmağa və öz təşəbbüsləri ilə çıxış etməyə dəvət edib.
Daha sonra psixoterapevt Şəbnəm Sadıqova tələbələrə “Panik atak” mövzusunda seminar keçib. O, panik atak, onun əlamətləri və meydana gəlməsi, barədə geniş informasiya verib. Seminar boyu təlimçi xüsusi hazırlanmış slaydlar vasitəsilə tələbələrə panic atak zamanı nələr etməli olduqlarını izah edib. Şəbnəm Sadıqova mövzu ilə bağlı sualları cavablandırıb.

Xatırladaq ki, BDU THİK nəzdində bir çox klublar fəaliyyət göstərir.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

500