Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

BDU-da şahmat turniri

85297

Bu gün Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun birgə təşkilatçılığı ilə universitetin 95 illiyinə həsr olunmuş idman dərəcəli tələbələr arasında şəxsi birincilik yarışları üzrə turnirin açılışı keçirilib.
BDU-dan  daxil olan məlumaa görə, açılış mərasimində THİK-in sədri və komitə əməkdaşları, İdman klubunun müdiri dos. Akif Atakişiyev, klubun məşqçiləri və şahmat üzrə BDU-nun idman dərəcəli tələbələri iştirak ediblər.

“Bu gün start götürəcək bu turnir tələbələrimiz üçün böyük əhəmiyyət daşıyır. Ölkəmizdə idmanın digər sahələri ilə yanaşı, şahmatın inkişafına da xüsusi diqqət və qayğı göstərilir. BDU tələbələrinin də bu idman növündə bacarıqlarını nümayiş etdirməsi üçün əlimizdən gələni etməyə hazırıq”, – deyə Daşqın Qənbərov bildirib.

Qeyd edək ki, BDU-nun 95 illik yubileyinə həsr olunmuş turnir bir həftə davam edəcək. Sonda tələbələr BDU THİK tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.

(qafqazinfo.az)

www.yenicag.az

266