BDU-da “Şizofreniya” təlimi keçirildi – FOTOLAR

unnamed (4)Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) nəzdində fəaliyyət göstərən “Psixologiya klubu”nun təşkilatçılığı ilə “Şizofreniya” təlimi keçirilib.

Tədbirdə THİK sədr müavini, “Loqos” psixologiya mərkəzinin transpersona psixoloqu, təlimçi İlqar Kərimli, Sosial elmlər və psixologiya THT sədri Əlif Əlifzadə, “Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə, Kimya fakültəsi THT sədri Abdulla Haciyev və digər tələbələr iştirak edib.

Tədbiri BDU THİK sədr müavini Eltac Cəbiyev giriş sözü ilə açıq elan edərək bidlirib ki, bu tip təlimlərin keçirilməsi hər zaman THİK-in diqqətindədir.
“Psixologiya klubu”nun rəhbəri Çinarə Teymurzadə tələbələr klubun fəaliyyəti barədə geniş məlumat verib.

İlqar Kərimli tələbələrə “Şizofreniya” adlı təlim keçərək onları maraqlandıran sualları cavablandırıb.
BDU THİK İctimaiyyətlə əlaqələr departamenti