BDU-dan qovulan tələbə ilə bağlı AÇIQLAMA

Bakı Dövlət Universitetindən (BDU) xaric edilən tələbə Pərviz Məhəmmədovun ali təhsil müəssisəsinə bərpa edilməsi üçün rektor Elçin Babayevə ünvanladığı müraciətə bu gün baxılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva deyib.

O bildirib ki, Pərviz Əlipənah oğlu Məhəmmədov BDU-nun rektoru Elçin Babayevə ərizə ilə müraciət edərək bu əmrə yenidən baxılmasını xahiş edib: “Bununla əlaqədar BDU rektorunun müvafiq əmri ilə komissiya yaradılmışdır. Komissiyanın qərarına 30 noyabr 2020-ci il tarixdə keçiriləcək BDU Elmi Şurasında baxılaraq müvafiq qərar qəbul ediləcəkdir”.

Qeyd edək ki, onlayn dərs zamanı P.Məhəmmədov bayrağa hörmətsizlik edib.