BDU müəllimlərinə ŞAD XƏBƏR – Maaşlar artırıldı

Bakı Dövlət Univeristeti (BDU) əməkdaşlarının maaşları artırılıb.

BDU-dan mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, bu qərar Universitetin Elmi Şurasının növbəti iclasında qəbul edilib.

İclasda çıxış edən rektor Elçin Babayev son illərdə ölkədə aparılan sosial layihələrdən, prezident İlham Əliyevin əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində apardığı işlərdən danışıb.

O, dövlət başçısı tərəfindən davamlı olaraq həyata keçirilən genişmiqyaslı tədbirlərin növbəti mərhələsi kimi, dövlət büdcəsindən maliyələşən müəssisələrdə minimum əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılmasını uğurlu sosial siyasətin göstəricisi kimi qiymətləndirib.

Buna uyğun olarq, işçilərin maddi vəziyyətinin yaxşılaşdırılması və sosial təminatının gücləndirilməsi məqsədilə Bakı Dövlət Univeristeti əməkdaşlarının və “Gənc istedadlar” liseyi kollektivinin əməkhaqqının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 (iyirmi) faiz artırılması haqqında qərar qəbul edilib.

Qeyd edək ki, qərar universitetin 3000-dən çox əməkdaşına şamil olunub.

Aqil Bəkir

COP29