!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-nin İlahiyyat fakültəsinə qəbul dayandı

!Reklam – Yazi

Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin bağlanacağı xəbərini ilk dəfə Yenicag.az verdi. Bu ildən etibarən qəbulun dayandırılacağı gələn xəbərlər arasında idi. Türkiyə dövlətinin xüsusi önəm verdiyi təhsil müəssisəsinin müxtəlif bəhanələrlə bağladılmaq istənildiyi qeyd olunurdu. Xəbər yayınlanarkən münasibətini öyrəndiyimiz bütün rəsmi dairələr təkzib etsələr də, xəbərimiz təsdiqini tapdı.

Bu gün Türkiyənin Azərbaycandakı din hizmətləri müşaviri Kamil Günəş bu təəssüf doğuran xəbəri paylaşıb. İlahiyyat Fakultəsinin önəminə diqqət çəkən K.Günəşin yazısını olduğu kimi təqdim edirik:

“Bakı Dövlət Universiteti İlahiyyat fakültəsi Türkiyə və Azərbaycan arasında qurulan bir qardaşlıq körpüsüdür. Ancaq bu il ilahiyyat sahəsində təhsil alacaq tələbələr bu fakültəyə qəbul edilməyib.

İndiyə qədər fakültədən 800-ə yaxın tələbə məzun olub.

Fakültədə başda Türkiyə, Azərbaycan və Kipr olmaqla bir çox ölkədə çalışan 50-dən çox elm xadimi yetişdirib. Hal-hazırda isə 50 nəfər magistratura və doktorantura təhsili almaqdadır. Təfsir, hədis, İslam hüququ, kəlam, İslam fəlsəfəsi, din sosiologiyası, din psixologiyası, təzəffüf, din tarixi və başqa sahələr üzrə mütəxəssis olan müəllim yetişdirilib.

Bu isə o deməkdir ki, bir neçə il içində sayı 100-ə çatacaq beynəlxalq səviyyəli azərbaycanlı elm xadimləri bu ölkənin qürur qaynağı və zənginliyinə çevriləcək. Bu zənginliyi yaradansa Bakı Dövlət Universiteti İlahiyyat fakültəsidir.

Bu fakültənin bir çox məzunu müxtəlif dövlət qurumlarında çalışır və hamı onların fəaliyyətini təqdir edir. Məsələn fakültənin məzunlarından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 1 sədr müavini, 5 şöbə müdiri çalışır. Bu qurumda çalışanların 70%-i, həmçinin Naxçıvan Dini Qurumlarla İş üzrə Dövlət komitəsinin sədri fakültənin yetişdirməsidir.

İlahiyyat sahəsi ilə yanaşı, prezident aparatının nəzdində Multikulturalizm Mərkəzinin şöbə müdiri, Elmlər Akademiyasında 1 şöbə müdiri, Azərbaycanın xaricdəki səfirliklərində çalışan bir çox məzun vardır ki, onlara verilən vəzifəni məsuliyyətli bir şəkildə yerinə yetirirlər. BDU İlahiyyat fakültəsi Azərbaycan universitetlərinin ilahiyyat fakültələri arasında yeganə modern təhsil verən bir qurumdur.

BDU İlahiyyat fakültəsi Azərbaycan dövlətinin qanun və idarəetmə qaydalarının əsla tərsinə olmayan, dərs proqramı Azərbaycan Təhsil Nazirliyi tərəfindən təsdiqlənən, eyni zamanda Azərbaycandakı məzbəhsəl quruluşda (sünni-şiə) harmoniya yaradaraq, ehtimal edilən radikalizmin qarşısına keçə bilən bir elm ocağıdır. Burada bir-birinin məzhəbinə hörmətlə yanaşmağı öyrədən azərbaycanlı mütəxəssislər doktorluq elmi adını almış müəllimlərdir.

Bu xüsusiyyətlərlə bu günə qədər uğurlu bir şəkildə fəaliyyətini davam etdirmiş, özünü sübut etmiş, Azərbaycan üçün radikal anlayışlardan və xurafələrdən uzaq, həyata sağlam düşüncəylə yanaşan, anlayışlı insalar yetişdirməyə davam edən bir fakültədir”.

Yenicag.az

www.yenicag.az

2889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv