BDU-nun keçmiş rektoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib.

Yenicag.az xəbər verir ki, tanınmış alim 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, F.Səməndərov 1939-cu il aprelin 12-də Saatlı rayonunun Molday kəndində anadan olub. O, 1985-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, 1992-93-cü illərdə BDU-nun rektoru olub./Report/