!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-nun professoru vəfat edib

!Reklam – Yazi

3ac29-baki-dovletBakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib.

Universitetin “Neft kimyası və kimya texnologiyası” kafedrasının müəllimi, professor Meyvəddin Hacıyev dünyasını dəyişib.

O, 76 yaşında vəfat edib.

Qeyd edək ki, Meyvəddin Mahmud oğlu Hacıyev 1939-cu ilin mart ayında Qusar rayonunun Hil kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) kimya fakültəsini bitirib. 1960-ci ildən Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant, baş laborant, baş texnik və mühəndis vəzifələrində işləyib. 1967-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasında laborantdan professor vəzifəsinə qədər yüksəlib.
Prof. M.Hacıyevin elmi və pedaqoji fəalliyəti 2 monoqrafiya, 5 dərslik və dərs vəsaitində, 120-dən çox elmi əsərdə, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və patentlərdə özünü əks etdirir. Onun əsərləri MDB ölkələrində, Rusiya, Macarıstan, Türkiyə, Çexiya və digər xarici ölkələrdə çap edilib.
M.M.Hacıyev Bakı Dövlət Universitetində 48 il fəaliyyət göstərib. Bu müddət ərzində o fakültə xalq nəzarəti qrupunun sədri, partiya bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri, dekan müavini və dekan vəzifələrində işləyib. Universitetin ictimai və tədris işlərində səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb(report)

www.yenicag.az

608
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv