BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru Azər Əhmədov vəfat edib.

Bu barədə Yenicag.az-a BDU-nun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, A. Əhmədov 2007-2022-ci illərdə Nəzəri fizika kafedrasında dosent, 2022-ci ildən isə professor vəzifəsində çalışıb.