!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-nun professoru vəfat etdi

!Reklam – Yazi

BDU-nun professoru, tanınmış alim, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi Pənah Xəlilov 94 yaşında vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Pənah Xəlilov 1948-ci ildən fəal ədəbi yaradıcılığa başlayıb. Ədəbi tənqid, ədəbiyyatşünaslıq və bədii tərcümə ilə məşğul olub. Azərbaycan ədəbiyyatı və keçmiş SSRİ xalqları ədəbiyyatı sahəsində ixtisaslaşıb.

“Azərbaycan sovet ədəbiyyatı tarixi” (üç cilddə) və “Azərbaycan sovet ədəbiyyatı tarixi oçerkləri” (rusca) kitablarının müəlliflərindən biridir. Azərbaycan yazıçılarının VI qurultayında idarə heyətinə seçilib. 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

www.yenicag.az

897
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv