Bakı Dövlət Universitetinin tələbə yataqxanasında yanğın başlayıb.
Yanğın hazırda davam edir.
Alov binanın 4 və 5-ci mərtəbələrini əhatə edib. Yanğının yataqxananın dəqiq hansı korpusunda baş verdiyi isə hələlik məlum deyil.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb olunub.