Noyabrın 21-də Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələr evə buraxılıb.
Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə – 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı bu gün saat 14:50-də evə yazılıblar.
Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri – 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.