!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU rektorunun müşaviri işdən çıxarıldı

!Reklam – Yazi

Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri işdən çıxarılıb.

Yenicag.az xəbər verir ki, müvafiq əmrlə kimya elmləri doktoru, professor İsmayıl Əliyev ali məktəb rektorunun ümumi məsələlər üzrə müşaviri vəzifəsindən azad edilib.

Onun işdən çıxarılması bir neçə gün əvvəl olub və bununla bağlı əmri həmin dövrdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıb.

Qeyd edək ki, İ.Əliyev 2014-cü ildən bu vəzifədə çalışırdı. Onu müşavir vəzifəsinə BDU-nun həmin dövrdə rektoru olmuş akademik Abel Məhərrəmov təyin etmişdi.

İ.Əliyev BDU redkorunun müşaviri olmaqla yanaşı, universitetin Həyat fəaliyyəti təhlükəsizliyi kafedrasının müdiri vəzifəsini də tuturdu. O, hazırda kafedra müdiri vəzifəsində çalışır./Report/

www.yenicag.az

7934
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv