Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

BDU tələbələrinə şad xəbər: Təhsil haqqında 50 faiz güzəşt edildi

Təhsil naziri Ceyhun Bayramovun ali təhsil müəssisələrinin rəhbərlərinə verdiyi ödənişli təhsil alan tələbələrin təhsil haqlarını təhsil aldığı müddətdə yarımilliklər üzrə ödənilməsinə şərait yaratmaları haqqında tapşırığa əsasən, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev tələbələrə ilkin olaraq illik təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək üçün imkan yaradıb. 

BDU-dan Yenicag.az-a verilən məlumata görə, universitetin rektoru Elçin Babayev ödənişli əsaslarla universitetə qəbul olmuş aztəminatlı ailələrdən olan 252 nəfər tələbəyə ilkin olaraq, təhsil haqqının 50 faizini ödəyərək qeydiyyatdan keçmək imkanı yaradıb.

Qeyd edək ki, 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu BDU-nun payına düşüb. Belə ki, Qazax filialı da daxil olmaqla, ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6462 nəfər təşkil edib. Onlardan 5127 nəfər tələbə 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər tələbə isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Bakalavriat səviyyəsi üzrə qəbul planı 91 faiz, o cümlədən Qazax filialı üzrə 81 faiz, magistratura səviyyəsi üzrə isə 81 faiz dolub. Bakalavriat səviyyəsi üzrə qəbul olan tələbələrdən 107 nəfəri subbakalavrdır. Universitetdən 2019/2020-ci tədris ilində Bakı Dövlət Universitetinə (BDU) qəbul olan tələbələrin qeydiyyatının başa çatdığı bildirilib.

www.yenicag.az

2717