BDU THİK tərəfindən xeyriyyə tədbiri keçirildi – FOTOLAR

BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi yanında fəaliyyət göstərən Xeyriyə Bürosunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün N saylı xüsusi internat məktəbində xeyriyyə tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, hər ay olduğu kimi bu ayda əqli və fiziki qüsurlu uşaqlar üçün belə xeyriyyə tədbirlərinin keçirilməsi davam etdirilir. Tədbirdə Bakı Dövlət Universiteti Tələlə Həmkarlar İttifaqı Komitəsinin sədri Nihad Allahyarlı, Xeyriyyə Bürosunun kordinatorları Milena Məhəmmədi, Rəfiqə Nurəliyeva və 35 nəfər aktiv tələbə heyyəti iştirak edib.

Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti Tələlə Həmkarlar İttifaqı Komitəsinin sədri Nihad Allahyarlı dövlətin əlil və fiziki qüsurlu uşaqlara göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Bildirilib ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Cənab Prezident İlham Əliyev və Birinci vitse Prezident Mehriban xanım Əliyevanın start verdiyi sosial islahatlar ölkəmizdəki bütün sahələrdə olduğu kimi, internat məktəblərində də nəzərə çarpacaq dərəcədə görünür.

Görüş internat məktəbində təhsil alan və yaşayan şagirdlərin maraq dairəsində olan qida məhsulları , məktəb ləvazimatı, oyuncaqlar və bədii kitabların hədiyyə edilməsi ilə davam edib.

COP29